RATİ MEDİA ÜZƏRİNDƏ APARDIĞI MONİTORİNQLƏ BAĞLI İKİNCİ HESABATINI AÇIQLADI

oktyabr 11th, 2008

Bu gün (11 oktyabr) RATİ-nin 15 oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı apardığı media monitorinqi üzrə ikinci hesabatı  (http://www.irfs.az/content/view/1369/28/)  təqdim olunub.

Tədbiri açan Tədbiri açan RATİ-nin sədri Emin Hüseynov monitorinqin Slovakiyanın "MEMO 98" təşkilatının metodologiyası əsasında keçirildiyini bildirdi. O ikinci hesabatın sentyabrın 13-dən oktyabrın 9-a kimi olan dövrü əhatə etdiyini qeyd etdi.
Daha sonra media monitorinqini həyata keçirən müşahidəçilər çıxış edərək, bu müddət ərzində əldə edilən nəticələr barədə məlumat verdilər.
Jurnalistin “monitorinqin nəticələrindən necə istifadə edəcəksiniz, yəni hesabatları kimə göndərəcəksiniz” sualına cavab olaraq Hüseynov hesabatların monitorinqi aparılan KİV-lərin özlərinə, dövlət qurumlarına, yerli və beynəlxalq təşkilatlara göndəriləcəyini dedi.
“Birinci hesabatı yaydıqdan sonra İctimai Televiziya monitorinq nəticəsində əldə edilən nəticələr və metodologiya ilə maraqlanıb. Biz də onların müraciətinə cavab olaraq bildirmişik ki, oktyabrın 15-dən sonra yekun hesabat açıqlananda biz metodologiya, o cümlədən Excell proqramı vasitəsilə hazırlanan qrafiklərdən çıxarışları da ictimaiyyətə təqdim edəcəyik. Bundan əlavə “Xalq” qəzetinin baş redaktoru Həsən Həsənov da monitorinqin nəticələri ilə, əsasən bu qəzetdə İ.Əliyevin 100% işıqlandırılmasının necə müəyyən edildiyi ilə maraqlanıb. Biz ona da bu nəticələrin necə əldə edildiyini izah etmişik. Bundan sonra da maraqlanan bütün şəxslərə lazımi məlumatı verməyə hazırıq”, – deyə Hüseynov əlavə edib.
 
Foto:
http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,144/