POLİSDƏN ŞİKAYƏT ETDİYİ ÜÇÜN TƏQİB EDİLƏN YAŞLI İNSAN EVİNƏ QAYTARILIB

Polis özbaşınalıqlarından şikayət etdiyi üçün yanvar ayının 5-də Ruhi Xəstəliklər Dispanserinə yatırılan, yanvarın 10-da isə dispanserdən çıxarılaraq polis vasitəsilə zorla Bakı şəhərinə göndərilən Şərur rayon Heydərabad qəsəbəsinin 72 yaşlı sakini, I qrup gözdən əlil  Hüseynov İsmayıl Süleyman oğlu dünən (21 yanvar) evinə qaytarılıb.

O , indi ailəsi ilə birlikdədir. Bu barədə RATİ-yə Hüseynovun adının çəkilməsini istəməyən qohumu məlumat verib. Bu zamana qədər isə onun harada olması barədə məlumat yox idi.
Habelə polis özbaşınalığından şikayət etdiyi üçün işdən qovulan Kazım Əhmədov  Heydərabad qəsəbə orta məktəbində işə  bərpa olunub. O, məktəbdə təmizlik işlərinə baxan xidmətçi işləyir. Bu barədə isə  RATİ-nin Naxçıvandakı bölgə müxbirlərinə Kazım Əhmədovun oğlu Elvin Əhmədov məlumat verib.
Xatırladaq ki, 24 dekabr 2008-ci il tarixində bir qrup gənc  əsassız olaraq (http://www.nakhchivan.org.az/content/view/762/28/lang,az/) Sədərək rayon Polis Şöbəsinə aparılaraq səhərə qədər orada saxlanılmışdı. Polis Şöbəsində  gənclərə qarşı  fiziki, mənəvi və psixoloji təzyiqlər edildiyi üçün onların  valideynləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası prezidentinə şikayət ərizəsi yazıblar.    Ərizəçi  valideynlərdən bir neçəsi  işlədikləri müəssisələrdən işdən qovulmuşdular, bəziləri isə sutkalarla əsasız olaraq Polis Şöbəsində saxlanılmışdılar.
Previous Post

POLİS RƏİSİNİN MÜAVİNİ JURNALİSTLƏRİ MƏHKƏMƏYƏ VERDİ

Next Post

NAZİRİN İDDİASİ İLƏ LEYLA YUNUSA QARŞI KEÇİRİLƏN MƏHKƏMƏ HAZIRLIQ İCLASI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.