
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən İTV-nin sədri Cahangir Məmmədlinin sözlərinə görə, İTV-nin baş direktor vəzifəsinə elan edilən müsabiqədə iştirak eləmək üçün İTV – nin səlahiyyət müddəti başa çatmış baş direktoru İsmayıl Ömərov, ATV-nin xəbər redaktoru Bəhruz Məhərrəmov və “İTV”-də fəaliyyət göstərən “Carçı” telefilmin direktoru Azad Məmmədov sənədlər müsabiqəyə təqdim etmişdilər.Lakin Bəhruz Məhərrəmov seçimdən 3 gün əvvəl öz namizədliyini geri götürüb. “İTV–nin baş direktoru vəzifəsinə iki namizəd içərisindən İsmayıl Ömərov Yayım Şurasının yekdil səsi ilə baş direktor vəzifəsinə seçildi” – deyə C. Məmmədov əlavə etdi.