MÜŞFİQ HÜSEYNOV HÜQUQ MÜDAFİƏÇİSİNDƏN GİLEYLƏNİB

Dünən (15 aprel) “Bizim yol” qəzetinin şöbə redaktoru Müşfiq Hüseynov ailə üzvləri ilə telefon əlaqəsi yaradıb.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna redaktorun qohumu Cavidan Hüseynov verib. Söhbət zamanı qohumu M. Hüseynova İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov prezident İlham Əliyevə müraciət göndərdiyi barədə deyib. Müraciətdə Müşfiq Hüseynovun adının olmaması redaktorun narazılığına səbəb olub.O, bundan sonra onun haqqında belə bir müraciətin edilməsini istəmədiyini, olduğu halda isə bu addımı gecikmiş bir addım kimi qiymətləndirdiyini bildirib.
Sonra qohumu M.Hüseynovun saxlanma şəraitindən şikayəti olmadığını, mədəsində olan ağrılara görə isə müalicə alındığını bildirdi.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov RATİ-yə bildirdiyinə görə, prezident İlham Əliyevə müraciət sırf baş redaktorlara aid olunduğu üçün Müşviq Hüseynovun adı o müraciətə salınmayıb: “Bu müraciətdən əvvəl göndərilən müraciət M.Hüseynovun xəstəliyi ilə əlaqədar olub. Mən özüm gələn həftənin əvvəli Müşfiq Hüseynovla görüşəcəyəm və bu məsələyə aydınlıq gətirməyə çalışacam".
Xatırladaq ki, Müşfiq Hüseynov Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma) ilə ittiham edilərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 21 yanvar 2008-ci il tarixində çıxardığı qərar ilə 6 il müddətinə azadlıqdan və 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2008-ci ildə çıxardığı qərara əsasən jurnalistin həbs müddəti bir il azaldılaraq, beş ilə endirilib.
Previous Post

İSMAYIL ÖMƏROV İKİNCİ DƏFƏ İTV-NİN BAŞ DİREKTORU SEÇİLDİ

Next Post

“ATV” TELEKANALI VƏ “TUSİ” ADINA KLİNİKA MÖVQELƏRİNİ MÜDAFİƏ ETMƏKDƏ İSRARLIDIRLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.