HƏBSDƏ OLAN JURNALİSTLƏRİN MƏSƏLƏSİ FRANSADA PREZİDENT İLHAM ƏLİYEVLƏ MÜZAKİRƏ OLUNUB

“Sərhədsiz Reportyorlar” təşkilatı Fransa prezidenti Nikola Sarkozi, Xarici İşlər naziri Bernar Kuşner, parlament sədri Bernar Akoyer və Senat rəhbəri Jerar Larşerin ünvanına məktub göndərərək, Parisdə rəsmi səfərdə olan prezident İlham Əliyevlə görüşdə Azərbaycanda həbsdə olan jurnalistlərin məsələni qaldırmaq çağırışı edib.

Təşkilat nümayəndəsinin “Turan”a verdiyi məlumata görə, məktubda həbsdə olan blogger – Adnan Hacızadə və Emin Millinin və  üç jurnalist – Eynulla Fətullayev, Qənimət Zahidov və Müşfiq Hüseynovun taleyi ilə bağlı narahatlıq ifadə olunub.
“Biz Fransa rəhbərlərindən onların azad edilməsi üçün əllərindən gələni etməyi xahiş etmişik” deyə təşkilat nümayəndəsi bildirib.
“Sərhədsiz Reportyorlar”ın məktublarında həmçinin deyilir ki, bütün adıçəkilən şəxslər “şübhəli” şəraitdə həbs olunublar. Bundan başqa, onlardan bəzilərinin, xüsusən Müşfiq Hüseynovun səhhəti ciddi narahatlıq doğurur.
Məktublarda həmçinin xatırladılır ki, İlham Əliyev bir neçə dəfə jurnalist Elmar Hüseynovun qatillərinin tapılacağını vəd etsə də, bu vədlərə əməl olunmayıb.

Fransa Xarici İşlər Nazirliyi rəsmiləri görüş zamanı Azərbaycan prezidenti qarşısında həbsdə olan jurnalistlər məsələsini qaldırıblar.

Previous Post

PİA.AZ SAYTININ ƏMƏKDAŞI TƏZYİQƏ MƏRUZ QALDIĞINI BİLDİRİB

Next Post

BEYNƏLXALQ KONFRANSDA AZƏRBAYCANDA MEDİANIN VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.