PİA.AZ SAYTININ ƏMƏKDAŞI TƏZYİQƏ MƏRUZ QALDIĞINI BİLDİRİB

Dünən (10 dekabr) “Poliqon” informasiya agentliyinin (pia.az) əməkdaşı Elmin Bədəlov reportaj hazırlamaq üçün getdiyi Azərbaycan Beynəlxalq Universitetində (ABU) təzyiqlə üzləşib və ABU əməkdaşları ona peşə fəaliyyətini yerinə yetirməyə imkan verməyiblər.

 Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Qaynar Xəttinə məlumat verən E.Bədəlovun sözlərinə görə, ilk olaraq universitet mühafizəçiləri tərəfindən saxlanılıb. Daha sonra universitetdə bir saata yaxın qapalı bir otaqda saxlanılaraq, jurnalist vəsiqəsi və diktofonu əlindən alınıb. “Qarşıma çıxan bir qıza özümü təqdim edib, təhsil aldığı unversitetdə rüşvət hallarının olub-olmadığını soruşdum. Tələbə də məni “birtərəfli” sual verməkdə və “təxribat” aparmaqda  günahlandırıb mühafizəçiləri çağırdı. Mühafizəçi təhqiramiz formada qolumdan tutub məni çölə çıxartdı. Daha sonra universitetdən kənarda bir tələbəyə sual verərkən, mühafizəçi gəlib tələbəyə cavab verməməsini deyərək, onu qorxutdu. Məni içəri aparıb jurnalist vəsiqəmi və diktafonumu əlimdən aldı. Mühafizə xidmətinin əməkdaşları diktofonun kasetini çıxartmağımı istədilər. Hələ üstəlik tələbə biletimi də aldılar, onların üzünü də kserokopiya etdilər. Hazırda təhsil aldığım Dövlət Neft Akademiyasından məni kənarlaşdıra biləcəklərini dedilər” – deyən E.Bədəlov əlavə etdi ki, ikinci cəhddə ona reportaj hazırlamağa icazə verməsələr, ABU-nun rəhbərliyini məhkəməyə verəcək.

Məsələ ilə bağlı ABU rəhbərliyinin münasibətin öyrənmək üçün dəfələrlə zəng etsək də, səlahiyyətli şəxslərdən heç kimlə danışmaq mümkün olmadı.

Previous Post

“HAKİMİYYƏT-VƏTƏNDAŞ CƏMİYYƏTİ MÜNASİBƏTLƏRİNİN İNKİŞAFI” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ

Next Post

HƏBSDƏ OLAN JURNALİSTLƏRİN MƏSƏLƏSİ FRANSADA PREZİDENT İLHAM ƏLİYEVLƏ MÜZAKİRƏ OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.