CABBAR SAVALANLI BƏXTİYAR HACIYEVƏ CAVAB MƏKTUBU YAZIB

            Həbsdə olan gənclərdən Bəxtiyar Hacıyev bir müddət əvvəl digər gənc dustaq AXCP Gənclər Komitəsinin koordinatoru Cabbar Savalanlıya məktub yazmışdı. Ötən gün C.Savalanlı B.Hacıyevə cavab məktubu yollayıb.

Bu barədə “Azadlıq” qəzetinin rəsmi saytında məlumat verilib.

            C. Savalanlı cavab məktubunda yazır: “Rejim bizi həbsxanaya salıb azadlıqdan məhrum etməklə, əqidəmizdən, mübarizəmizdən döndərəcəyini zənn edir, ancaq zənnində yanılır. Rejim anlamır ki, bizi həbsxanaya salmaqla azadlıqdan məhrum edə bilməz, çünki azadlıq bizim düşüncəmizdədir, əqidəmizdədir.

            Həbsxana günahla günahsızlığın, ümidlə ümidsizliyin bir-birinə qarışdığı yerdir, qəribə insanlıq xaosudur. Bu xaosda azmamaq üçün həyatda həyatın özündən müqəddəs olan hislərə bağlanmaq lazımdır. Bu isə o zaman mümkün olur ki, həyatda özündən kənarda olan başqa biri üçün, mübarizə üçün var olursan. Yalnız bu yolla mənasızlaşmaqdan, adiləşməkdən qurtula bilərsən. Azadlıq günəşinin şəfəqlərinin saçağı Azərbaycanda yaşamaq və tezliklə azadlıqda görüşmək ümid ilə”.

            Xatırladaq ki, keçmiş deputatlığa namizəd, gənc fəal B.Hacıyev hərbi xidmətdən yayınmada ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib.

            AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalan isə narkotik ittihamı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

            Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları hər iki gəncin həbsinin onların siyasi fəaliyyəti ilə bağlı olduğunu deyir.

 

 

Previous Post

“AZADLIQ” QƏZETİ MƏHKƏMƏYƏ VERİLİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.