CABBAR SAVALANLI 10 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLDÜ

Gənc fəal, AXCP Gənclər təşkilatının həbsdə olan üzvü Cabbar Savalanlı saxlanıldığı Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasından 10 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə bu gün (12 avqust)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) C. Savalanlının vəkili Anar Qasımov məlumat verib.

Vəkil A. Qasımov  bildirdi ki, dünən cəzaçəkmə müəssisəsində Cabbar Savalanlı ilə görüşüb və gənc fəal ona vəziyyətinin normal olduğunu bildirib.
Anar Qasımov qeyd etdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti hazırlanıb və şikayət gələn həftə Ali Məhkəməyə təqdim ediləcək.
Xatırladaq ki, Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Sumqayıt Şəhər Məhkəməsi Cabbar Savalanlının 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə 4 may 2011-ci ildə hökm verib. 26 iyul 2011-ci il tarixdə isə Sumqayıt Apellyasiya Məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanılması barədə qərar verib.
             Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.

Previous Post

MÜXALİFƏT FƏALLARININ MƏHKƏMƏSİ QEYRİ MÜƏYYƏN VAXTA QALDI

Next Post

HÜQUQ MÜDAFİƏÇİSİNİN MƏHKƏMƏSİ DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.