HÜQUQ MÜDAFİƏÇİSİNİN MƏHKƏMƏSİ DAVAM EDİR

Avqustun 11-də 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Rəna Hüseynovanın sədrliyi ilə hüquq müdafiəçisi Emin Hüseynovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyinə qarşı dövlət orqanın hərəkətinin qanunsuz hesab olunması, ayrı-seçkiliyin qadağan olunması və maddi və mənəvi zərər tələbinə dair iddiası üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmədə çıxış edən iddiaçı Hüseynov Emin Rafik oğlu bildirdi ki, Gömrük Komitəsinin əməkdaşları onun əşyalarını qanunsuz olaraq götürüblər, ona qarşı ayrı-seçkilik ediblər və heç bir əsas olmadan köhnə videokameraları təzə adı ilə qiymətləndirərək yüksək məbləğdə gömrük rüsumu müəyyən ediblər.
İddiaçının nümayəndəsi Günay İsmayılova isə bildirib ki, iddiaçının qanunla müəyyən edilmiş 1000 ABŞ dolları məbləğində olan əşyasının ölkəyə buraxılmasına mane olaraq Gömrük Komitəsi qanunvericiliyi pozmuşdur.
G. İsmayılova onu da əlavə etdi ki, qanunvericilikdə nəzərdə tutulub ki, ölkəyə buraxılmayan əşyaları şəxs özü ilə xaricə apara bilər, lakin Gömrük Komitəsi iddiaçıya rəsmi sənəd vermədiyindən iddiaçı bu hüququndan da məhrum edilib.
Hakim növbəti prosesi 5 oktyabr saat 15:00-a təyin edib.
     Xatırladaq ki,   hüquq müdafiəçisini fevralın 1-də Dubaydan Azərbaycana qayıdarkən gömrükdə  3 saat ac-susuz saxlayıblar və ondan 2 ədəd mobil telefon, iki ədəd televizor, maşın üçün bir neçə lampa və maşın maqnitolasını, eləcə də iki ədəd işlənmiş kameranı müsadirə edərək götürüblər. Bununla bağlı hüquq müdafiəçisi məhkəməyə müraciət edib.

Previous Post

CABBAR SAVALANLI 10 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLDÜ

Next Post

SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTUNUN OFİSİ ƏŞYALARI İLƏ BİRGƏ YERLƏ YEKSAN EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.