CABBAR SAVALANLININ MƏHKƏMƏ PROSESİ APRELİN 29-DA DAVAM EDƏCƏK

Bu gün (22 aprel )  Sumqayıt şəhər məhkəməsində hakim İlqar Məmmədovun sədrliyi ilə AXCP Gənclər təşkilatının üzvü Cabbar Savalanlının barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama)  maddəsi ilə açılan cinayət işi üzrə  məhkəmənin hazırlıq iclası keçirildi.

Prosesdə gənc fəal Cabbar Savalanlının özü, vəkilləri Anar Qasımov, Əsabəli Mustafayev və dövlət ittihamçısı Mövlud Osmanov iştirak edirdilər.

Vəkil Əsabəli Mustafayev  gənc fəalın barmaqlıq arxasından çıxarılaraq, vəkilləri ilə birgə əyləşməsi barədə vəsatət qaldırdı. Hakim İlqar  Məmmədov bu vəsatətin təmin edildiyini bildirdi.

Daha sonra müdafiə tərəfin vəkilləri Cabbar Savalanlının iş materiallarında ziddiyyətli ekspert rəyinin olduğunu bildirərək, narkoloji ekspertiza rəyinin, Cabbar Savalanlının ilkin etirafedici ifadəsinin və hal şahidlərinin ifadələrinin sübutlar siyahısından çıxarılmasını, eləcə də Cabbar Savalanlı barəsində ibtidai istintaq zamanı seçilmiş həbsin müddətinin aprelin 5-də bitdiyi və həbs müddətinin uzadılması ilə bağlı qərar olmadığı üçün onun azadlığa buraxılmasını xahiş edib. Hakim vəsatətləri məhkəmə baxışı zamanı müzakirə ediləcəyini bildirdi və məhkəmə baxışını 29 aprel saat 12:00-a təyin etdi.

 Xatırladaq ki, Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.

Previous Post

JURNALİST ƏFQAN MUXTARLININ AİLƏSİNƏ POLİS TƏZYİQ OLUB

Next Post

HƏLAK OLMUŞ MİLLİ QƏHRƏMAN AİLƏLƏRİNİN HÜQUQLARI MÜDAFİƏ OLUNACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.