JURNALİST ƏFQAN MUXTARLININ AİLƏSİNƏ POLİS TƏZYİQ OLUB

“Yeni Müsavat” qəzetinin məlumatına görə, jurnalistin Zaqatalada yaşayan qohumları redaksiya ilə əlaqə saxlayaraq, polisin evlərinə basqın etdiyini bildiriblər. 

Məlumata görə, iki polis mayoru və Aşağı Tala kənd icra nümayəndəsi öncə Ə.Muxtarlının qardaşı Ramazan Muxtarlının evinə gedib. Qardaşını gizlətməmələrini, polisə təhvil vermələrini tələb edib. Daha sonra atasının evinə basqın edərək,  Ə.Muxtarlının atasını təhdid ediblər. Bildiriblər ki, Ə.Muxtarlının Zaqatalaya girişinə qadağa qoyulub və rayona gələcəyi təqdirdə həbs ediləcək. Polislər göstərişin Daxili İşlər Nazirliyindən gəldiyini deyiblər. Nəticədə bir dəfə infarkt keçirən S.Muxtarlının ürəyi tutub və yatağa düşüb.

Ə.Muxtarlı “Yeni Müsavat” qəzetinə  Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsinin ekspertinin dünən  ona zəng etməsi barədə məlumat verib.

Məsələ ilə bağlı Əfqan Muxtarlı ilə əlaqə saxlamağa çalışsaq da,  Muxtarlı çoxsaylı zənglərimizə cavab verməyib.

Qeyd edək ki, Sonuncu mitinq zamanı (17 aprel) Əfqan Muxtarlı  bir sutka Səbayel Rayon Polis İdarəsində saxlanılıb və məhkəmənin qərarı ilə sərbəst buraxılıb.

Previous Post

NAXÇIVANDA JURNALİSTLƏRƏ TƏZYİQ EDİLİB

Next Post

CABBAR SAVALANLININ MƏHKƏMƏ PROSESİ APRELİN 29-DA DAVAM EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.