“İsaxan Aşurov mükafatı” jurnalist Hilal Məmmədova verildi

594A3954-AD8F-49FE-9AF0-0CC9A6EC4ADA_mw800_s

“Tolışı sədo” qəzetinin həbsdə olan baş redaktoru Hilal Məmmədov  “İsaxan Aşurov” mükafatının  ilk laureatı seçilib.  Sülh və Demokratiya İnstitutu tərəfindən təsis edilmiş bu mükafat  insan hüquqları vəkili İsaxan Aşurovun xatirəsinə həsr olunub və hər il insan hüquqları sahəsində xüsusi xidmət göstərmiş şəxslərə təqdim olunacaq.  İnsan hüquqlarını müdafiə fəaliyyətinə görə həbs olunmuş Hilal Məmmədov  “El” hərəkatının qərargahında  bir çox tanınmış şəxslərin iştirak etdiyi təqdimat mərasimində qalib elan olunub. Mükafat  jurnalistin adından onun  vəkili Ramiz Məmmədova təqdim edilib.

00Xatırladaq ki, Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.

Previous Post

RATİ-nin yeni hesabatı “Yayım Mediası Nəzarət Altında” -Azərbaycanın yayım mediasının təhlili

Next Post

Jurnalistin məhkəməsi başlayır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.