“CƏNUB XƏBƏRLƏRİ” QƏZETİNİN ƏMƏKDAŞI İCRA NÜMAYƏNDƏSİNİN TƏRƏFİNDƏN TƏZYİQƏ MƏRUZ QALDIĞINI İDDİA ED

Regional “Cənub xəbərləri” qəzetinin rəssam müxbiri Mətləb Dadaşov sözügedən qəzetdə müəllifi olduğu yazı və karikaturalarına görə təzyiq və hədələrə məruz qalıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bu gün (23 iyul) M.Dadaşovun özü məlumat verib. Onun bildirdiyinə görə, buna səbəb qəzetin 20 iyul tarixli son sayında Masallı rayon Kolatan kənd icra nümayəndəsi Valeh Mikayılovun  xeyriyyəçilik adı ilə bir sıra  maliyyə fırıldaqlarına yol verməsi barədə “Xeyriyyəçi niyə küsüb?” başlıqlı tənqid xarakterli satirik məqalənin yer almasıdır.

M. Dadaşov icra nümayəndəsi tərəfindən mənəvi təzyiqlərə  məruz qaldığını, həmçinin ona müxtəlif hədə-qorxu zənglərinin edildiyini deyərək, bu barədə Masallı rayon Polis İdarəsinə müraciət etdiyini bildirdi. Yaşayış yerinə əsasən  rayon polis idarəsinin ərizəni Boradigah qəsəbə polis bölməsinə göndərdiyini deyən M. Dadaşov bu barədə müvafiq tədbir görüləcəyinə ümid etdiyini dedi.
Masallı  rayonunun Kolatan kənd icra nümayəndəsi V. Mikayılov xəbəri təkzib edərək, bunu özünə qarşı böhtan adlandırdı və şəxsiyyətinə təhqir kimi qiymətləndirdiyini bildirdi “Mən o adama qarşı heç bir hədə-qorxu gəlməmişəm. Sadəcə ona zəng edib, görüşmək istədiyimi bildirmişəm. Görüşmək istəməyimin məqsədi isə haqqımda yazılan təhqir və böhtan xarakterli yazılara aydınlıq gətirmək olub.”
Previous Post

Əvəz Zeynallıya qarşı qaldırılmış cinayət işinə əsasən məhkəmə prosesi keçirildi

Next Post

AZƏRBAYCANIN PARİSDƏKİ SƏFİRLİYİ QARŞISINDA SÖZ AZADLIĞI İLƏ BAĞLI AKSİYA KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.