AZƏRBAYCANIN PARİSDƏKİ SƏFİRLİYİ QARŞISINDA SÖZ AZADLIĞI İLƏ BAĞLI AKSİYA KEÇİRİB

Dünən (22 iyul) Fransada yaşayan bir qrup azərbaycanlı Azərbaycanın Fransadakı səfirliyi qarşısında Azərbaycanda söz azadlığına basqılara etiraz olaraq aksiya keçirib. Aksiyanı azərbaycanlı gənclərin iştirakı ilə “Sərhədsiz reportyorlar” beynəlxalq jurnalist təşkilatı düzənləyib. Xəbəri “Turan”a etiraz aksiyasının təşkilatçılarından biri Aqil Xəlil verib.

Təxminən 20-yə yaxın aksiya iştirakçısı səfirlik binası önündə həbsdə olan jurnalistlərin, həmçinin bloqçular Adnan Hacızadə və Emin Millinin şəkillərini qaldırıb və şüarlar səsləndirərək Azərbaycanda azad fikrə basqılara etiraz ediblər. ”Biz aksiyanın qətnaməsini səfirliyə təqdim etdik. Sənəddə həbsdə olan jurnalistlərin dərhal azadlığa buraxılması, ölkənin Avropa Şurası qarşısında götürdükləri öhdəliklərə əməl etməsi, fərqli siyasi görüşü olan insanlara qarşı təqibləri dayandırması tələb olunur” – deyən A.Xəlil vurğulayıb ki, Azərbaycanın Parisdəki baş konsulu Famil Əliyev aksiya iştirakçıları ilə görüşərək onların tələblərini dinləyib.
Previous Post

“CƏNUB XƏBƏRLƏRİ” QƏZETİNİN ƏMƏKDAŞI İCRA NÜMAYƏNDƏSİNİN TƏRƏFİNDƏN TƏZYİQƏ MƏRUZ QALDIĞINI İDDİA ED

Next Post

GƏNC BLOQÇULARIN VƏKİLLƏRİNİN POLİSƏ QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.