“BEYNƏLXALQ SÖZ AZADLIĞI MÜBADİLƏSİ” TƏRƏFİNDƏN AZƏRBAYCAN HAQQINDA MÜŞTƏRƏK MÜRACİƏT QƏBUL EDİLDİ

Reportyorların Azadlığı və  Təhlükəsizliyi İnstitutunun təşəbbüsü ilə  Beynəlxalq Söz Azadlığı Mübadiləsi təşkilatı Azərbaycan haqqında müştərək müraciət qəbul edib. Müraciəti imzalayan tərəflər Azərbaycanda mətbuat azadlığı vəziyyətinin davam edən pisləşməsi haqqında narahatlıq ifadə ediblər.

"Mətbuat azadlığının vəziyyəti 2003-cü ilin oktyabr ayında İlham Əliyevin prezident seçilməsindən bəri daha da pisləşib” – deyə bəyanatda bildirilir. "Diffamasiyanın dekriminallaşması üçün yerli və beynəlxalq ictimaiyyət tərəfindən çağırışlara baxmayaraq, jurnalistlərin həbsinə səbəb olan böhtan Azərbaycanda hələ də cinayət olaraq qalır. Əliyev hökuməti jurnalistlərin hüquqlarını pozan adamları məhkəməyə cəlb etməyə və azad və şəffaf media mühitini təmin edəcək siyasət həyata keçirməyə müvəffəq olmur. Nəticədə, Əliyev 2007-dən bəri “Sərhədsiz Reportyorlar” (RSF) tərəfindən öz illik qiymətləndirməsində “Azad Mətbuatın Düşməni” adlandırılıb.”
Bəyanat Azərbaycanda qeyri-qanuni həbs edilmiş 4 jurnalist və Azərbaycanda jurnalistlərin üzləşdiyi fiziki və psixoloji sarsıntılara məruz qoyulması haqqında məlumat verir.
 ARTİCL 19, Senzura İndeksi, Freedom House kimi təşkilatların da imza atdığı müraciətdə Azərbaycan hökumətinə müraciət edildi:
– Elmar Hüseynovun qatili tapılsın
– jurnalistlərin hüquqlarını pozan və jurnalistlərə qarşı zorakılıq aktlarına  hərəkət verən şəxslər üçün cəzasızlığa son qoyulsun
– Diffamasiyaya görə cinayət məsuliyyəti ləğv edilsin
– ölkədə qanunsuz olaraq həbs edilən jurnalistlər azad edilsin
– FM radiosunda “Azadlıq”, “Amerikanın səsi” və BBC radiolarının yayımları bərpa edilsin
– ictimai və şəxsi yayımçıların plüralizminə və  müxtəlifliyinə zəmanət verilsin.
 Müştərək müraciətə burada baxıla bilər:

http://www.ifex.org/azerbaijan/2009/06/03/ja_gm/

Previous Post

NOVRUZƏLİ MƏMMƏDOVUN KASSASİYA ŞİKAYƏTİ RƏDD EDİLDİ

Next Post

15 JURNALİST AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.