NOVRUZƏLİ MƏMMƏDOVUN KASSASİYA ŞİKAYƏTİ RƏDD EDİLDİ

 Bu gun (10 iyun)  Ali Məhkəmədə hakim Qəhrəman Allahverdiyevin sədrliyi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  274-cü (Dövlətə Xəyanət) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş “Tolışi Sədo“ qəzetinin baş redaktoru Novruzəli Məmmədovun vəkili Ramiz Məmmədovun Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2009-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinə baxılıb.

Bu barədə RATİ-yə N.Məmmədovun Hüquqlarının Müdafiə Komitəsinin sədri Hilal Məmmədov məlumat verib.
 “Bu kassasiya şikayəti – “Ayrı-seçkiliyə məruz qalmamaq hüququnun pozuntusu ilə bağlı əqli mülkiyyətin məhv edilməsi nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” ile bagli Milli Təhlükəsizlik Nazirliyinin (MTN) işçiləri tərəfindən Novruzəli Məmmədovun şəxsi kompyüterinin yaddaşından bir sira çap edilmemiş elmi əsərlərinin məhv edilməsinə görə verilmişdi. Amma məhkəmə  beynəlxalq hüquq və Azərbaycan Respublikası qanunlarının kobud şəkildə pozulmasına dair vəkilin təqdim etdiyi sübut və faktlara  məhəl qoymadan ilk məhkəmə instansiyasının hökmünü qüvvədə saxlamaqla kasassiya şikayətini rədd etdi” – deyən H.Məmmədov qeyd etdi ki, bununla bağlı Avropa Məhkəməsinə şikayət veriləcək.
Previous Post

NORVEÇ VƏTƏNDAŞLARI AZƏRBAYCANDA MƏTBUAT AZADLIĞININ PİSLƏŞMƏSİ HAQQINDA BƏYANAT İMZALAYIBLAR

Next Post

“BEYNƏLXALQ SÖZ AZADLIĞI MÜBADİLƏSİ” TƏRƏFİNDƏN AZƏRBAYCAN HAQQINDA MÜŞTƏRƏK MÜRACİƏT QƏBUL EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.