
Bu gün Bakıda keçirilmiş Beynəlxalq Mətbuat Azadlığı Günü Konfransının iştirakçıları Azərbaycan hökumətini ifadə azadlığına qarşı törədilmiş cinayətlərə görə cəzasızlığa qarşı mübarizəyə, dövlət qurumlarının malik olduqları informasiyaya hər kəsin çatımlılığına qanunla zəmanət verməyə və onlayn təhlükəsizliyin əsas şərti kimi internetin açıqlığını və azad olmasını təmin etməyə çağırıb.
Media azadlığı sahəsində fəaliyyət göstərən təşkilatlar- Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ), Beynəlxalq Mediaya Dəstək (IMS), IREX və Media Hüquqları İnstitutu tərəfindən təşkil olunan konfrans ATƏT-in Bakı Ofisinin dəstəyi ilə keçirilib.
Konfransın yekununda Azərbaycan hökumətinə çağırışlardan ibarət bəyannamə qəbul edilib.