TƏLƏBƏ-JURNALİST ADNA REKTORUNA QARŞI YENİDƏN İDDİA QALDIRIB

Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmuş tələbə-jurnalist Elmin Bədəlov ADNA-ya və onun rektoru Siyavuş Qarayevə qarşı ikinci məhkəmə iddiası qaldırıb. Bu barədə bu gün (24 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E. Bədəlovun özü məlumat verib.

E. Bədəlov bildirib ki, ikinci məhkəmə iddiasına Nəsimi rayon Məhkəməsində baxılacaq və hazırlıq iclası yanvarın 6-da saat 10:30-da hakim Xumar Mərdanovanın sədrliyi ilə olacaq.

Qeyd edək ki, E. Bədəlov hal-hazırda “Yeni Müsavat” qəzetinin əməkdaşıdır.

            Xatırladaq ki,  “Yeni müsavat” qəzetinin əməkdaşı  Elmin Bədəlov 19 yanvar 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasından xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə təhsil müəssisəsindəki rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında  “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edir. Pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasına və  rektor Siyavuş Qarayevə qarşı iddia qaldırsa da, 05 aprel 2010-cu ildə iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarılıb. 2 iyul 2010-cu il tarixində Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin 5 aprel 2010-cu il tarixli qərarının qüvvədə saxlayaraq, şikayəti təmin etməyib. Ali Məhkəmə 23 noyabr 2010-cu il tarixində kassasiya şikayətinin təmin edilməməsi barədə qərar verib.

Previous Post

MİLLİ DÖVLƏTÇİLİK PARTİYASININ BAŞQANI NEMƏT PƏNAHLI İLƏ MÜSAHİBƏ

Next Post

MEDİA HÜQUQU İNSTİTUTU MEDİANIN DURUMUNA DAİR HESABAT AÇIQLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.