ANAR BAYRAMLI 2 İL MÜDDƏTİNƏ HƏBS CƏZASI ALDI

 İranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlının cinayət işi üzrə Binəqədi rayon məhkəməsində yekun proses keçirilib.

Dövlət ittihamçısı Elşən Məmmədov jurnalistin 2 il 6 müddətinə cəzalandırılmasını istəyib. Vəkil Anar Qasımlı prosesin gedişatında ziddiyyətli şahid ifadələrinin olduğunu, 4-cü polis bölməsinin Anar Bayramlın hansı şəraitdə həbs olunması ilə məktubunun həqiqəti ifadə etmədiyini bildirib. O həmçinin məhkəmənin ədalətli qərar çıxaracağına inanmadığını da vurğulayıb.
Anar Bayramlı isə son çıxışında heç bir cinayət törətmədiyini, jurnalist fəaliyyətinə görə şərlənərək həbs olunduğunu və bu həbsin onu qorxutmağını bildirib.
            Müşavirədən sonra hakim Tərlan Əkbərov Anar Bayramlının 2 il müddətinə həbs olunması ilə bağlı məhkəmənin qərarını elan edib.
Xatırladaq ki, Anar Bayramlı fevralın 17-də Binəqədi rayon 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və onun üzərindən 0, 0387 qram heroin tapıldığı bildirilib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb.
Previous Post

POLİS REAL HƏRƏKATININ PİKETİNİ DAĞITDI

Next Post

RATİ ƏMƏKDAŞI HƏBS OLUNA BİLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.