JURNALIST POLİS BÖLMƏSİNƏ MÜRACİƏT EDİB

Bu gün Dilarə Əliyeva və Bül-Bül küçələrinin kəsişməsində “Ayna-Zerkalo” qəzetlərinin əməkdaşı və RATİ-nin həmtəsisçisi İdrak Abbasovu “QAZ-31” markalı avtomobil vurub.

      Hadisə zamanı avtomobilin sürücüsü maşından düşərək, İ.Abbasovu təhqir etməyə və vurmağa başlayıb. Ətrafdakı insanların müdaxiləsindən sonra sürücü maşına minərək, hadisə yerini tərk edib. Hadisənin təsadüf nəticəsində və ya qəsdən törədildiyini dəqiq bilməyən İ.Abbasov hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis bölməsinə şikayət edib. Şikayət əsasında jurnalist Məhkəmə-Tibii Ekspetizasına göndərilib. Ekspertizanın nəticəsi yaxın günlərdə məlum olacaq.  Bu barədə məlumatı RATİ-yə İdrak Abbasovun özü verib. 
Previous Post

ƏFV EDİLMİŞ JURNALİSTLƏR AZADLIĞA BURAXILDILAR

Next Post

QƏZETLƏRƏ MALİYYƏ YARDIMI AYRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.