JURNALİSTİN İŞİ AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

“Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimovun işi Avropa İnsan Haqları Məhkəməsinə göndərilib.

Media Hüququ İnstitutunun vəkili Zibeydə Zəkəriyyəyevanın sözlərinə görə, məhkəməyə edilən müraciətdə jurnalistin işi ilə bağlı Azərbaycanda ədalətli məhkəmə araşdırması hüququnun aparılması, ifadə azadlığı və şəxsi həyata hörmətin bərpa edilməsi tələb edilir.

Xatırladaq ki, R. İbrahimov “Qış bulvarı”ndan reportaj hazırlayarkən Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlArı tərəfindən təzyiqlərə məruz qalıb. Jurnalist təzyiqlərə məruz qalması ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə müraciət etsə də, bölmənin baş təhqiqatçısı polis kapitanı Yaşar İsayev cinayətin rədd edilməsi barədə qərar qəbul edib. Həmin qərardan Nəsimi rayon Məhkəməsinə, daha sonra isə Apellyasiya məhkəmələrinə şikayət edilsə də şikayət təmin edilməyib.

Qeyd edək ki, “Bizim Yol” qəzeti 2003-cü ildən çıxır, hazırda gündəlik Azərbaycan dilində nəşr olunur.

Previous Post

AZƏRBAYCAN MÖVQEYİNİ MÜƏYYƏNLƏŞDİRMƏLİDİR

Next Post

YAZIÇI- PUBLİSİST RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI İLKİN RƏY VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.