YAZIÇI- PUBLİSİST RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI İLKİN RƏY VERİLİB

          Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev “Turan”a açıqlamasında yazıçı Rafiq Tağının ölümünün səbəbini açıqlayıb.

O deyib ki, Rafiq Tağı qarın boşluğuna işləmiş bıçaq yarasının fəsadı nəticəsində dalağın, mədəaltı vəzin quyruğunun zədələnməsi səbəbindən ölüb: “Peritonit inkişaf olub, atoniya baş verib və ölümlə nəticələnib. Yəni bıçaq yarasının ağırlaşması, bıçaq yarasının fəsadıdır. Bu, tibbi ekspertizanın ilkin rəyidir. Laboratoriya analizlərindən sonra isə son rəy veriləcək”.

            Tibb elmləri doktoru Adil Qeybulla isə deyib ki, ekspertizanın rəyində peritonit qeyd edilibsə, deməli, qarın boşluğunun infeksion zədələnməsi əlaməti var. “Bu, əməliyyat vaxtı aseptik qaydaların pozulması, yaxud qarın boşluğu orqanlarının zədələnməsi nəticəsində möhtəviyyatın qarın boşluğuna tökülməsi ilə bağlı ola bilər. Peritonit fonunda bir qayda olaraq atoniya və dinamik bağırsaq keçilməzliyi inkişaf edir”.

            Qeyd edək ki, noyabrın 19-da 61 yaşlı Tağı axşam saatlarında işdən
evə dönərkən naməlum şəxsin hücumuna məruz qalıb. Faktla bağlı cinayət
işi açılıb, lakin hələlik cinayətlə bağlı saxlanılan yoxdur.

       Xatırladaq ki, 2006-cı ilin noyabr ayında  işlədiyi "Sənət" qəzetində
çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə R.Tağı həbs edilib. Dindarlar onun bu məqalədə Məhəmməd peyğəmbərin ünvanına  xoşagəlməz ifadələr işlətməkdə, xristian dəyərlərini islamdan üstün tutmaqda ittiham edirdilər. Yazıya görə İranda Ayətullah-uzma Fazil Lənkərani onun ölümünə fitva da vermişdi.  Bu məqaləyə görə milli, irqi və dini düşmənçiliyi qızışdırmaq ittihamı ilə Rafiq Tağı 3 il, müddətinə azadlıqdan məhrum edilmişdi. Amma onlar 8 aydan sonra prezidentin əfv fərmanı ilə azadlığa çıxmışdılar. Məhz o zaman Azərbaycan iqtidarının nümayəndələri açıqlamalarında bildirmişdilər  ki, jurnalisti həbs edərək faktiki onu ölümdən qurtarıblar.

Previous Post

JURNALİSTİN İŞİ AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

Next Post

YAZIÇI-PUBLİSİST RAFİQ TAĞININ QƏTLİ İLƏ BAĞLI REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.