LƏNKƏRANDA HƏBS EDİLƏN JURNALİST BAKI İSTİNTAQ TƏCRİDXANASINA KÖÇÜRÜLÜB

“Xural” qəzetinin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyev Bakı İstintaq Təcridxanasına köçürülüb. Məlumatı “Media forum” saytına jurnalistin qardaşı Şahəddin Canıyev verib.

O qeyd edib ki, Lənkərandan Bakıya aparılandan sonra ailənin Aydın Canıyevin durumundan xəbər tutması mümkünsüzdür. Qardaşı əlavə edib ki, maddi imkanları olmadığından Aydın Canıyevə vəkil də tuta bilmirlər.

Xatırladaq ki,  “Xural” qəzetinin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyev sentyabrın 8-də Lənkəranın Sərpəkəran kənd dindarlarının şikayəti əsasında saxlanılıb.  Jurnalist kənd məscidinin pəncərələrini qırmaqda və dindarları təhqir etməkdə ittiham olunub və ona 12 sutka inzibati həbs cəzası verilib. Daha sonra Aydın Canıyevə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə cinayət işi qaldırılıb və sentyabrın 20-də Lənkəran Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.

 

Previous Post

“GÜNDƏM XƏBƏR” QƏZETİNİN TƏSİSÇİSİ PREZİDENTƏ MÜRACİƏT ETDİ

Next Post

İSTEHLAKÇILARIN HÜQUQLARI QORUNURMU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.