JURNALİST 10 SUTKA MÜDDƏTİNƏ HƏBS EDİLDİ

“Gunxeber.com” saytının əməkdaşı Anar Gəraylı 10 sutka həbs cəzası alıb. Bu barədə “gunxeber.com” saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Anar Gəraylı mayın 22-si də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Jurnalist Nəsimi rayon Məhkəməsinə  aparılıb ictimai asayişi pozmaq və polisə tabe olmamaq ittihamı (306-cı maddə) ilə ona 10 sutka həbs verilib. Məhkəmənin hansı şəraitdə, necə keçməsi barədə məlumat verilmir.
      Qeyd edək ki, “günxeber.com”  saytının əməkdaşı Anar Gəraylı saxlanılan zaman onun əynində “sing for democracy” (demokratiya naminə oxu) yazılmış köynək, əlində “Nida”nın bukletləri olub. Hazırda onun harada saxlandığı barədə məlumat verilmir.
Previous Post

“OBYEKTİV TV”-NIN ƏMƏKDAŞI DÖYÜLÜB

Next Post

DEMOKRATİYA NAMİNƏ MUSİQİ KAMPANİYASININ YEKUNU İLƏ BAĞLI EMİN HÜSEYNOV İLƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.