“OBYEKTİV TV”-NIN ƏMƏKDAŞI DÖYÜLÜB

May ayının 23-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (Obyektiv.tv) əməkdaşı Vəfa Nağı (Nağıyeva)  axşam  saat 21:30 radələrində ingilis dili kursundan Bakının Yasamal rayonu ərazisində kirayə qaldığı mənzilə gedərkən, məhəllədə  Samir kimi tanınan şəxs tərəfindən nalayiq təhqirlərə məruz qalıb.

V. Nağı  ona qarşı ünvanlanmış bu təhqirlərin səbəbini soruşmağa çalışıb və gözləmədiyi anda həmin şəxsin fiziki hücumuna, təzyiqinə  məruz qalıb. Özünü qəfil zərbələrdən qorumağa çalışarkən mobil telefonu və dəftər-kitab olan selofan torbası  ayaq altında qalaraq dağılıb. V.Nağı  bildirir ki, bu cür münasibətin səbəbini hələ də anlaya bilmir. Şillə-təpik hücumlarından çətinliklə qurtardıqdan sonra evə tələsən V.Nağı telefonunu hadisə yerində unutduğunun fərqində olaraq geri qayıtmalı olub. Bu zaman o yenidən Samir adlı adamın hücumu ilə üzləşib:
 “Təsəvvür edin ki, məhəllədə olan insanlar bu adamın zorakılığının qarşısını almağa çalışsalar da, o təkrar-təkrar üzərimə hücuma keçməkdə davam edirdi”, – deyə RATİ-nin əməkdaşı bildirir. Hadisədən dərhal  sonra V.Nağı şikayət ərizəsi ilə Yasamal rayon 28-ci Polis bölməsinə müraciət edib. Zərərçəkən müxbirin ərizəsi qəbul olunub və aldığı bədən xəsarətlərini təsdiqləmək üçün tibbi ekspertizadan keçirilib. Bölmədə müxbiri görən Samir əməllərindən polisə şikayət etdiyinə görə Vəfa Nağını “haqq-hesab çəkəcəyi” ilə hədələyib.
28-ci Polis Bölməsinin baş tədqiqatçısı Hüseyn Məmmədov RATİ-yə bildirib ki, hadisə ilə bağlı hazırda araşdırma aparılır və ona görə də hadisəni törədən şəxsin adını açıqlaya bilməzlər: “Biz həmin şəxsi bölməyə gətirdik və ondan izahat aldıq. Araşdırmalar davam edir, onun nəticələri haqda araşdırma bitəndən sonra məlumat verə biləcəyik. Bu məsələ ilə bağlı o, birbaşa rəhbərliklə əlaqə saxlamağı məsləhət
görüb. 28-ci Polis bölməsindən RATİ-yə verilən məlumata görə, rəhbərlik
də araşdırma başa çatandan sonra konkret açıqlama verəcək.

Previous Post

İTV-NİN QARŞISINDAKI AKSİYANIN DAĞIDILMASINDA JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİBLƏR

Next Post

JURNALİST 10 SUTKA MÜDDƏTİNƏ HƏBS EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.