TAKSİ SÜRÜCÜLƏRİNİN AKSİYASINDA JURNALİSTƏ TƏZYİQ FAKTI QEYDƏ ALINDI

Bu gün taksi sürücülərinin Nəqliyyat Nazirliyi qarşısında keçirdiyi etiraz aksiyası zamanı “Turan” informasiya agentliyinin əməkdaşı Etimad Budaqov təzyiqə məruz qalıb.

Bir nəfər polis çavuşu  fotomüxbirin çəkiliş aparmasına mane olmaq məqsədilə təpiklə onun ayağından zərbə endirməklə  yerə yıxıb. Ərazidə monitorinq aparan RATİ  əməkdaşları aksiyadan reportaj hazırlayan digər media nümayəndələrinə qarşı isə hər hansı bir təzyiq faktını qeydə almayıblar.

Qeyd edək ki, bir qrup taksi sürücüsü bu gün (16 yanvar) Nəqliyyat Nazirliyinin binası önündə etiraz aksiyası keçiriblər. Onlar fəaliyyət göstərdikləri sahədə qaydaların sərtləşdirilməsindən narazılıqlarını ifadə ediblər.

Lakin polis aksiyanın qarşısını alıb, nəticədə zərərçəkmişlər bir neçə nəfər saxlanılıb. Bundan sonra bir neçə nəfər Nəqliyyat Nazirliyinə dəvət olunub. Onları NN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov qəbul edib. Həsənov narazı sürücülərə 2 gün ərzində cavab veriləcəyini deyib.

Xatırladaq ki, yanvarın 13-də Nəqliyyat Nazirliyi və DİN lisenziyasız və buraxılış ili 2006-cı  ilə qədər olan  avtomobillərdə işləyən taksi sürücülərini aşkar etmək məqsədilə reydlər keçirməyə başlayıb. Həmin sürücülərə taksi xidməti göstərməyə imkan verilmir.

Previous Post

TAKSİ SÜRÜCÜLƏRİNİN ETİRAZI

Next Post

BAŞ REDAKTORUN İŞGƏNCƏYƏ MƏRUZ QALMASI İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ BAŞLANDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.