DAHA BİR JURNALİSTƏ YAŞADIĞI EVİN YANINDA HÜCUM EDİLDİ

Dekabrın 1-də axşam saat 02. radələrində “Reytinq” və “İmpuls” qəzetlərinin  əməkdaşı, jurnalist  Elşad Ümid (Məmmədov)  naməlum şəxslərin  fiziki hücumuna məruz qalıb.

Bu barədə bu gün (5 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib.

E. Ümid bildirdi ki, tanışının ad günüdən qayıdarkən yaşadığı evin yaxınlığında bir neçə nəfər naməlum şəxsin hücumuna məruz qalıb: “Nə baş verdiyini hələ də anlamıram, hadisəni  tam olaraq xatırlamıram. Amma gətirildiyim 1 saylı Kliniki  xəstəxanada özümə gələrkən bildirdilər ki, yaxınlıqda olan post patrul xidmətinin əməkdaşları tərəfindən buraya gətirilmişəm. Baş verənlərin şəxsi zəmində, ya da peşə fəaliyyətimlə əlaqəli olması barədə də hər hansı təsəvvürə malik deyiləm, amma xatırladıqca bu barədə mətbuata məlumat veriləcək”.

Daxili İşlər Nazirliyinin (DİN)  mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə  RATİ-yə hadisə barədə məlumatsız olduğunu bildirib.

O, hal- hazırda 1 saylı  Kliniki Tibbi Mərkəzin neyrotravma şöbəsində, müalicəsini davam etdirir.

Previous Post

BƏXTİYAR HACIYEV YENİDƏN CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ QAYTARILDI

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.