JURNALİST POLİSƏ ÇAĞIRILIB

Mayın 16-da jurnalist Təhminə Tağızadə Gəncə şəhər Polis İdarəsinə çağırılıb. Bu barədə “Azadlıq” radiosuna jurnalistin vəkili İntiqam Əliyev məlumat verib.

Vəkilin sözlərinə görə dünən saat 12 radələrində çağırış vərəqəsini jurnalistə göndəriblər, lakin vərəqdə onun nə qisimdə çağırılması göstərilməyib:

“Biz ümid edirdik ki, Təhminənin mayın 12-də polis tərəfindən qanunsuz saxlanılması ilə bağlı araşdırma aparılır və bu səbəbdən çağırılıb. Lakin Nizami rayon Polis İdarəsinin təhqiqatçısı Elçin Cahangirov bildirib ki, Nizami rayon bələdiyyəsi polisə Təhminə Tağızadədən şikayət edib. Guya Təhminə Tağızadə özünü Nizamı küçəsindəki sakinlərə ANS-in jurnalisti kimi təqdim edib və bunun araşdırılması üçün polisə müraciət olunub. İdarəyə çağırılma da bununla bağlıdır”.

Qeyd edək ki, mayın 12-də jurnalist Təhminə Tağızadə Nizami küçəsində sökülən evlərin sakinlərindən müsahibə alarkən polisə aparılmışdı. Qısa dindirmədən sonra isə jurnalist sərbəst buraxılmışdı.

Previous Post

ƏCNƏBİ JURNALİST BAKIDA HÜCUMA MƏRUZ QALIB

Next Post

“SƏHƏR” TELEKANALININ SÜRÜCÜSÜ SƏRBƏST BURAXILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.