“SƏHƏR” TELEKANALININ SÜRÜCÜSÜ SƏRBƏST BURAXILIB

Mayın 16-da İran İslam Respublikasının  “Səhər”  televiziya kanalının Azərbaycandakı nümayəndəliyinin sürücüsü, Azərbaycan Respublikası vətəndaşı  Ramil Dadaşov sərbəst buraxılıb.

Bu barədə “Turan” məlumat yayıb.

Xatırladaq ki, İran İslam Respublikasının  “Səhər”  televiziya kanalının sürücüsü Ramil Dadaşov fevralın 17-də yaşadığı Sumqayıt şəhərində saxlanılıb və həmin günü Sumqayıt Şəhər Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Fevralın 24-də Sumqayıt Apellyasiya Məhkəməsi bu qərardan verilən şikayəti təmin etməyib. Hal-hazırda o  Şüvəlan İstintaq Təcridxanasında saxlanılır.

 

Previous Post

JURNALİST POLİSƏ ÇAĞIRILIB

Next Post

“XURAL” QƏZETİNİN ƏMLAKI YENİDƏN HƏRRACA ÇIXARILACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.