JURNALİST MÜDAFİƏ NAZİRLİYİNİN YAZDIĞI YAZILARINA GÖRƏ ONA OLAN BORCUNU VERMƏDİYİNİ BİLDİRİR

“Müdafiə Nazirliyi hərbi xidmət dövründən mənə olan 5 min manatdan artıq vəsaiti ödəməkdən imtina edir.

Məndə olan məlumata görə, bu barədə nazir Səfər Əbiyev nazirliyin aidiyyatı orqanlarına göstəriş verib ki, mənə çatacaq vəsaiti ödəməsinlər. Nazir görünür, Müdafiə Nazirliyi sistemindəki neqativ hallarla bağlı tənqidi yazılarıma əsaslanaraq belə addım atır”. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Milaz” İnformasiya Agentliyinin baş direktoru, “Ayna” və “Zerkalo” qəzetlərinin əməkdaşı Cəsur Sümərinli (Məmmədov) məlumat verib.

Onun sözlərinə görə, 1998-ci ilin dekabr ayından 2000-ci ilin noyabrınadək zabit (baş leytenant) kimi hərbi xidmətdə olub. Hərbi xidmətinin 8 ayını Ağstafada yerləşən N hərbi hissədə, 15 ayını isə Ağdamda birbaşa səngərdə  xidmət edib. C.Sümərinli bildirir ki, bu xidmət dövründə onun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun  10-cu maddəsi ilə tənzimlənən “Pul təminatı və maddi təminat” hüququ və 11-ci maddəsi ilə tənzimlənən “İstirahət” hüququ pozulub. Nəticədə Cəsur Sümərinliyə ödənilməsi üçün Müdafiə Nazirliyinin borcu yaranıb. Amma indi edilən çoxsaylı müraciətlərə baxmayaraq ona pulu ödənilmir.

Previous Post

HƏFTƏNİN ƏSAS XƏBƏRLƏRİ 20-25 SENTYABR

Next Post

VƏTƏNDAŞ YAZDIĞI ƏRİZƏYƏ GÖRƏ MƏHKƏMƏYƏ VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.