VƏTƏNDAŞ YAZDIĞI ƏRİZƏYƏ GÖRƏ MƏHKƏMƏYƏ VERİLİB

Bu gün ( 27 sentyabr ) Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun  sədrliyi ilə Yasamal rayon icra hakimiyyəti başçısı İbrahim Mehdiyevin vətəndaş Yaqub Muradzadəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə xüsusi ittihamçının nümayəndəsi Azər Tağıyev, vəkili Zaur Niftəliyev,  təqsirləndirilən şəxs Yaqub Muradzadə və onun nümayəndəsi Əlibaba Rzayev iştirak edirdilər.
Əlibala Rzayev ekspertizanın rəyi ilə tanış olmadıqlarını bildirdi və rəy ilə tanış olmadan məhkəmə istintaqının aparılmasının mümkün olmadığını bildirib. Buna görə də o hakimdən prosesi təxirə salmağı xahiş etdi. Amma xüsusi ittihamçı iddiaya səbəb olmuş ərizələr barədə   ekspertiza rəyi ilə tanış olmağa ehtiyac görməyib və prosesin davam etdirilməsini təklif edib.
Hakim yerindəcə müşavirə edərək cavabdehin vəsatətini təmin etdi və məhkəmə prosesini 01 oktyabr saat 10:00-a təyin etdi.
 
Xatırladaq ki, İ .Mehdiyev Yaqub Muradzadənin onun barəsində  müxtəlif dövlət qurumlarına  şikayət məktubları yazaraq,  məktublarda onu təhqir etdiyini və böhtana məruz qoyduğunu iddia edərək  Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib.
 
Qeyd edək ki, Yaqub Muradzadə 2004- 2006-cı  ildə nəşr olunan və hazırda fəaliyyət göstərməyən “Yeni Qəzet”in redaktoru olduğunu bildirir.

Previous Post

JURNALİST MÜDAFİƏ NAZİRLİYİNİN YAZDIĞI YAZILARINA GÖRƏ ONA OLAN BORCUNU VERMƏDİYİNİ BİLDİRİR

Next Post

TƏHSİL ÜZRƏ EKSPERTİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.