JURNALİST HƏDƏLƏNDİYİNİ İDDİA EDİR

“Azadlıq” qəzetinin Gəncə bölgə müxbiri Ərşad İbrahimlinin RATİ-yə verdiyi məlumata görə, o Kəpəz şəhər Cinayət-Axtarış bölməsinin rəisi Cavad Səfərəliyev tərəfindən hədələnir.

Belə ki, dünən (05 fevral) Gəncə şəhər sakini Elnarə Əhmədova adlı vətəndaşın şikayətini araşdırmaq üçün İbrahimli C. Səfərəliyevə müraciət edib. C.Səfərəliyev isə cavabında “başın ağrıyar. Səni öldürüb meyitini  Gəncə çayına atarıq” və bu kimi ifadələrlə onu hədələyib. İbrahimlinin sözlərinə görə, dünən iki müxtəlif nömrədən ona zənglər gəlib və o yenə də hədələnib. Zənglər açıq nömrələrdən olub və İbrahimli həmin nömrələri RATİ-yə bildirib. Zəng vuran şəxslərdən biri kişi, digəri isə qadın olub. Zəng vuran kişi “sənin başına güllə vurub, zibilliyə atarıq” ifadəsi ilə İbrahimlini hədələyib.
     RATİ-nin əməkdaşı həmin nömrələrə zəng vurub. Nömrələrdən birində Həsən adlı şəxs İbrahimliyə zəng vurduğunu təsdiqləyib və bildirib ki, o Elnarə Əhmədovanın qohumudur. Həsən adlı şəxs onu da əlavə edib ki, “mən ona heç bir hədə-qorxu gəlməmişəm. Əksinə o bizə hədə-qorxu gəlib”.
     Digər telefon nömrəsinə cavab verən Nazim adlı şəxs isə bildirib ki, “mənim telefonumdan Leyla xanım Ərşad İbrahimliyə zəng edib. Leyla Elnarə Əhmədovanın qaynı arvadıdır. O İbrahimli ilə mənim yanımda danışıb. Leyla xanım ona heç bir hədə-qorxu gəlməyib”.  

Previous Post

AZƏRBAYCAN TELEMƏKANINDA MÖVCUD OLAN ZİDDİYYƏTLƏR MÜZAKİRƏ OLUNUB

Next Post

CƏFƏROV POLİS İDARƏSİNİN RƏİSİNƏ MÜRACİƏT ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.