AZƏRBAYCAN TELEMƏKANINDA MÖVCUD OLAN ZİDDİYYƏTLƏR MÜZAKİRƏ OLUNUB

Dünən APA-nın yaydığı məlumata görə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə görüşüblər.

Məhərrəmli APA-ya bildirib ki, görüşdə əsasən Azərbaycan teleməkanında mövcud olan ziddiyyətlər müzakirə olunub. AŞPA həmməruzəçiləri ilə prezident seçkiləri ərəfəsində müxalifət liderlərinin çıxışlarının efirə verilməsi, namizədlərə telekanallarda bərabər şəraitin yaradılması və bu dövrdə söz azadlığının təmin olunması ilə bağlı fikir mübadilələri aparılıb. 
Previous Post

PENİTENSİAR XİDMƏT SAKİTİN ACLIĞI DAYANDIRDIĞINI BİLDİRİR

Next Post

JURNALİST HƏDƏLƏNDİYİNİ İDDİA EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.