JURNALİST PREZİDENTƏ YAZDIĞI ŞİKAYƏTƏ GÖRƏ KİRAYƏ QALDIĞI EVDƏN ÇIXARILIB

“Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilov (Güləhmədoğlu)  yaşadığı mənzildən çıxarıldığını bildirir. Bu barədə bu gün (24 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) N. Ədilovun özü məlumat verib.

N. Ədilov bildirdi ki, övladını məktəbə göndərmək üçün Səbail rayonu 19 saylı Mənzil İstismar Sahəsinə  (MİS) müraciət edərək, yaşayış yerindən tələb olunan arayışı almaq istəyib. Jurnalist bildirdi ki, idarə əməkdaşları bunun müqabilində ondan rüşvət istəsələr də, o verməkdən imtina edib və bu barədə mayın 14-də ölkə başçısına məktubla müraciət edərək, dövlət orqanlarındakı bürokratizmə və rüşvətxorluğa etiraz olaraq ailə üzvləri ilə birlikdə vətəndaşlıqdan məhrum olunmasını ondan xahiş etmişdi.

Jurnalist RATİ-yə açıqlamasında bildirdi ki, yaşadığı evin sahibi ona tezliklə evi boşaltmalı olduğunu  bildirib. Ev sahibi MİS rəhbərliyi tərəfindən hədələnərək, şikayətçi jurnalisti tezliklə evdən çıxarmasını tələb edib.

Səbail rayonu 19 saylı Mənzil İstismar Sahəsinin (MİS) müdiri Abuzər Hüseynov isə RATİ-yə bildirdi ki, N. Ədilov Sabirabad rayonunda qeydiyyatda olduğu üçün arayış üçün ondan həqiqətən də o mənzildə yaşamasını təsdiq edən kirayə haqqında müqavilə istənilib və bunun olmayacağı təqdirdə, arayışın verilməsinin qeyri-mümkünlüyü deyilib. A. Hüseynov   jurnalistin guya ondan rüşvət istənilməsini deməsinin    yalan olduğunu və ondan heç bir rüşvətin  tələb edilmədiyini iddia edib.

Qeyd edək ki, "Azadlıq" qəzeti 1989-cu il dekabrın 24-dən fəaliyyət göstərir və gündəlik çap olunur.

 

 

Previous Post

MÜSAVAT PARTİYASININ MƏRKƏZİ İCRA APARATININ RƏHBƏRİNİN HƏBS MÜDDƏTİ UZADILDI

Next Post

NEMƏT PƏNAHLININ MƏHKƏMƏSİ ŞAHİDLƏRİN DİNDİRİLMƏSİ İLƏ DAVAM EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.