JURNALİST FİKRƏT FƏRƏMƏZOĞLU HƏBS EDİLMƏSİ ÜÇÜN SİFARİŞ VERİLDİYİNİ DEYİR

Dünən (13 may) Yasamal Rayon Məhkəməsində hakim Südabə Məmmədovanın sədrliyi ilə "Elçi" qəzetinin baş redaktoru Əli Həziquliyevin "24 saat" qəzetinin keçmiş baş redaktoru Fikrət Fərəməzoğluna qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə “Elçi” qəzetində Fərəməzoğlu haqqında yazının müəllifi olan Ələddin Rüstəmov məhkəmədə şahid qismində dindirilib. Çıxışı zamanı bu yazının Bakı Şəhər Baş Polis İdarəsinin işçisi olan Xanlar adlı şəxslə söhbətdən sonra yazdığını və yazıdakı məlumatı həmin şəxsdən aldığını bildirib.
      Bu barədə RATİ-yə məlumat verən Fərəməzoğlu məhkəmə qalmaqalının polis tərəfindən sifariş olunduğu barədə onda müəyyən təxminlərin olduğunu bildirib: “Mən bəzi araşdırmalar apardım və məlum oldu ki, həmin yazı və mənə qarşı aparılan bu kampaniya məhz polis tərəfindən həyata keçirilir. Son məhkəmə prosesində Ələddin Rüstəmovun fikirləri isə mənim bu fikirlərimi tam təsdiqlədi. Bu isə mənim həbsimin və barəmdə sifarişli yazıların eyni qaynağın sifariş edildiyini göstərir. ”
      Xatırladaq ki, "Elçi" qəzetinin baş redaktoru Əli Həziquliyev "24 Saat" qəzetinin baş redaktoru Fikrət Fərəməzoğluna qarşı iki iddia qaldırmışdı. İddiaya səbəb qəzetin 04 fevral tarixində yazılan "Şərəfsizlərə şərəf dərsi" başlıqlı köşə yazısıdır. Birinci iddiada baş redaktorun xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147, 148-ci maddələri ilə təqsirli bilinərək həbs olunmağı xahiş edilir.  Mülki qaydada qaldırılan iddiada isə  100 min manat təzminatın ödənilməsi məhkəmədən xahiş edilir.

Previous Post

DƏVƏTNAMƏ!

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.