JURNALİST PROKURORLUĞU VƏ POLİS İDARƏSİNİ MƏHKƏMƏYƏ VERİB

“Gündəlik Azərbaycan” qəzetinin əməkdaşı Üzeyir Cəfərov RATİ-yə bildirib ki, ona qarşı edilən sui-qəsdlə bağlı heç bir araşdırma aparılmadığına görə dekabrın 14-də Yasamal Rayon Prokurorluğunu və Yasamal Rayon Polis İdarəsini məhkəməyə verib.

Cəfərov əlavə edib ki, onun hüquqlarını vəkillər Rəşid Hacılı və Elçin Sadıqov müdafiə edəcəklər. Jurnalist Avropa İnsan Haqları Konvensiyasının 3-cü (işğəncələrin qadağan olunması) və 10-cu (fikir ifadə etmək azadlığı) maddələrini əsas tutaraq, istintaq aparan orqanın hərəkətsizliyindən şikayət etdiyini bildirib. Bununla belə o məhkəmənin Yasamal Rayon Prokurorluğuna və polis işçisinə qarşı hər hansı bir qərar çıxaracağına inanmır. Üzeyir Cəfərov yerli instansiyaları keçdikdən sonra, işin mütləq Avropa İnsan haqları məhkəməsinə göndəriləcəyini də qeyd edib. 

Previous Post

İDDİAÇILAR ŞAHİD QİSMİNDƏ ÇIXIŞ EDİBLƏR

Next Post

MEDİA HÜQUQU İNSTİTUTU DAHA BİR HESABATINI AÇIQLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.