Metropoliten rəisi jurnalistləri təhqir edib

Azərbaycanda dövlət məmurları informasiya əldə etmək və yaymaq kimi konstitusion hüququndan istifadə edən jurnalistlərlə danışarkən onlara qarşı kobud və alçaldıcı ifadələr işlətməyə davam edir. Belə ki, mətbuata qarşı xüsusi düşmən mövqeyi ilə tanınan Bakı Metropoliteninin rəisi Tağı Əhmədov media nümayəndələrini növbəti dəfə təhqir edib. Bu barədə “musavat.com” saytı məlumat yayıb.

Belə ki,  Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyasının “Gülüstan” sarayında təşkil etdiyi tədbirdə bir qrup jurnalist Tağı Əhmədova yaxınlaşaraq, yeni metro xətlərinin çəkilib-çəkilməməsi barədə ona sual ünvanlayıb. Metropoliten rəisi suala aqresiv yanaşaraq, “nədir, “popuqay”sız, hər məni görəndə bu sualı verirsiniz?” -deyə jurnalistləri təhqir edib.

Tağı Əhmədov daha sonra media nümayəndələrini səviyyəsizlikdə ittiham edərək, “İşiniz, gücünüz, yoxdur? Səviyyənizi, yerinizi bilin” deyib. Bakı Metropoliteninin rəisi həmçinin, “Azadlıq” qəzetinə qarşı cərimə tələbindən də danışıb və qəzetə qarşı kəsilən maliyyə sanksiyasına münasibət bildirərək, heç vəchlə güzəştə getməyəcəyini bildirib.

Previous Post

Azərbaycanda Mətbuat Azadlığı Boğulur

Next Post

Jurnalist informasiya əldə etmək hüququnun pozulması ilə bağlı məhkəməyə müraciət etdi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.