“Yeni Müsavat” qəzetinin əməkdaşı Əfqan Muxtarlı Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 250 AZN məbləğində cərimələnib.
Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü verib. Onun bildirdiyinə görə məhkəmə prosesinin keçirilməsi və məhkəmədə iştirak barədə heç bir xəbərdarlıq və ya çağırış almayıb. Cərimələnməsi barədə isə məhkəmə tərəfindən cərimənin ödənilməsi haqqında bildiriş aldıqdan sonra xəbər tutub.
Ə. Muxtarlı daha sonra bildirib ki, iddiaya səbəb “Yeni Müsavat” qəzetinin 6 aprel 2008-ci il tarixli sayında dərc olunmuş “Əli Əhmədovun adı zirzəmi qalmaqalında” başlıqlı məqalə olub. Belə ki, adıçəkilən məqalədə “Yeni Azərbaycan” Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev, Nərimanov rayonu Qarabağ küçəsi 35 ünvanında yerləşən, vətəndaş İradə Məmmədovaya məxsus zirzəmidə əxlaqsızlıq yuvası aşkar edildiyi barədə dedikləri dərc olunub. İ Məmmədov isə bu deyilənləri öz şərəf və ləyaqətinin alçaldılması kimi qəbul edərək jurnalistə qarşı Binəqədi Rayon Məhkəməsində iddia qaldırıb.
Məsələ ilə bağlı Binəqədi Rayon Məhkəməsi ilə əlaqə saxlanılsa da məhkəmədən məsul şəxslərin yerində olmadığı bildirilərək heç bir məlumat verilmədi.