BÖYÜK BRİTANİYA RƏSMİSİ AZƏRBAYCAN XİN-DƏ XARİCİ RADİOLARLA BAĞLI MÜZAKİRƏLƏR APARIB

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə rəhbəri Mark Lyall Qrant (Mark Lyall Grant), Azərbaycana səfəri zamanı xarici işlər naziri Elmar Məmmədyərovla görüşüb.

Görüş zamanı, Azərbaycanın FM tezliklərində yayımlarına qadağa qoyulmuş xarici radiolar barədə də müzakirələr aparılıb. Müzakirələrdə qonaq M. L. Qrant xarici radioların yerli tezliklərdə fəaliyyətinin dayandırılması qərarının, Azərbaycanın beynəlxalq aləmdəki imicinə ziyan vurduğunu bildirib.
Azərbaycan XİN-nin mətbuat mərkəzinin əməkdaşı Elxan Poluxov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) açıqlamasında deyib ki, görüşdə nazir E. Məmmədyarov, bu məsələnin Azərbaycan Respublikasının qanunları çərçivəsində həll olunmasını məqsədəuyğun hesab etdiyini söyləyib.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycanda yayımlanan “Azadlıq” , “Amerikanın səsi” və “BBC” radiolarının yerli FM tezliyində yayımına qadağa qoyulub.
Previous Post

JURNALİST BARƏSİNDƏ ÖLKƏNİ TƏRK ETMƏMƏK HAQQINDA QƏTİMKAN TƏDBİRİ SEÇİLİB

Next Post

JURNALİST ÖZÜNÜN XƏBƏRİ OLMADAN CƏRİMƏLƏNDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.