NAXÇIVANDA FƏALİYYƏT GÖSTƏRƏN JURNALİST AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİB

Media Hüququ İnstitutunun yaydığı məlumata görə, “Azadlıq” radiosunun Naxçıvan bölgə müxbiri İlqar Nəsibov barəsində çıxarılmış qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərib.

Şikayətdə Avropa İnsan Haqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması) və 10-cu (ifadə azadlığı) maddələrinin pozulduğu vurğulanır, jurnalistin çəkdiyi xərclərin və mənəvi zərərin əvəzinin ödənilməsinin təmin olunması xahiş olunur.  

    Xatırladaq ki,  İlqar Nəsibov  6 dekabr 2007-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin rəisi Səbuhi Novruzovun iddiası əsasında Cinayət Məcəlləsinin 147. 1-ci (böhtan) maddəsi ilə üç aylıq müddətə həbs edilmişdi. Nəsibov Apellyasiya Məhkəməsinin 10 dekabr 2007-ci il tarixli qərarı ilə azadlığa buraxılmışdı.

Previous Post

“LİDER” TELEKANALI PROQRAMLARININ REYTİNQİ İLƏ BAĞLI MƏLUMAT VERMİR

Next Post

NORVEÇİN XARİCİ İŞLƏR NAZİRİ CONAS QAHR STORE BAKI SƏFƏRİNİN DETALLARINI AÇIQLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.