NORVEÇİN XARİCİ İŞLƏR NAZİRİ CONAS QAHR STORE BAKI SƏFƏRİNİN DETALLARINI AÇIQLAYIB

         Norveçin “Abcnyheter” intenet səhifəsində Norveçin Xarici İşlər Naziri Conas Qahr Storenin  Bakıya bir neçə gün əvvəlki  səfərinə həsr olunmuş məqalə dərc olunub.

”Azadlıq”  radiosunun xəbərinə görə, məqalədə deyilir ki, nazirin səfərində jurnalistlərin vəziyyətinə olan münasibət Azərbaycanın hakimiyyət nümayəndələri lilə keçirilən görüşlərin qızğın müzakirə mövzusu olub.

         Həmçinin nazirin Azərbaycanın Xaric İşlər Naziri  Elmar Məmmədyarovla da görüşməsi və bu görüş zamanı jurnalistlərin vəziyyəti ilə bağlı problemlər müzakirə olunduğu bildirilir. Görüşün təəssüratları barədə Store bu sözləri deyib: ”Onlar iddia edirlər ki, jurnalistlər qanuni əsaslarla həbs edilib. Lakin mən kifayət qədər aydın şəkildə onlara dedim ki, Avropa Şurasında təmsil olunmaqla öz jurnalistlərini həbs etmək bir araya sığmır”.  
         Onun sözlərinə görə, Məmmədyarov bu məsələ ilə bağlı əlindən heç nəyin gəlmədiyini deyib: ”Nə mən, nə də sən bir şey edə bilərik. Bu qərarları məhkəmə çıxarıb, mən yox. Mənim əlimdən gələn bu vəziyyətə hörmət etməkdir”.

Previous Post

NAXÇIVANDA FƏALİYYƏT GÖSTƏRƏN JURNALİST AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİB

Next Post

MİLLƏT VƏKİLİ ƏFV FƏRMANININ İMZALANACAĞINA ÜMİD EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.