RAFİQ TAĞININ QƏTLİ VƏ ƏVƏZ ZEYNALLININ HƏBSİNİ ARAŞDIRAN JURNALİST TƏHQİQAT QRUPLARI YARADILIB

Azərbaycanda ilk dəfə jurnalistlərə hədə və zorakılıqların qarşısının alınması üzrə layihə həyata keçirilməyə başlayıb.

“Preventiv cavab  qrupu” (PCQ) adlı layihəni Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə yardımı, Jurnalistlərin və Söz Azadlığının Müdafiəsi Fondunun hamiliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu həyata keçirir. Layihədə məqsəd KİV işçilərinin təhlükəsizlik sisteminin yaradılması, onların həyatına, sağlamlığına və azad jurnalist yaradıcılığına təhdidlərin aradan qaldırılmasıdır.

  Bu məqsədlə  “Preventiv cavab  qrupu” – Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun 2-5 ixtisaslı əməkdaşdan (jurnalist, vəkil, tibb işçisi) ibarət mobil bölməsi yaradılır.  Onlar KİV işçilərinin həyatına, sağlamlığına və azadlığına təhlükənin qarşısını almaq üçün tədbirlər görəcək:

  – KİV işçilərinin həyatı və fəaliyyəti üçün təhlükənin qarşısını alacaq;

  – KİV işçilərinin qətli, döyülməsi, oğurlanması, şantaj və psixoloji təzyiq hallarını araşdıracaq:

   – jurnalistlərin həbsi faktları üzrə araşdırma aparacaq.

Qarşıya qoyulan məqsədə çatmaq üçün Preventiv Cavab Qrupu hüquq- mühafizə orqanları, ictimai təşkilatlar və KİV ilə sıx təmaslar quracaq. Qrup öz işində KİV işçilərinə təhlükələri şəffaf və obyektiv əks etdirməklə cəmiyyətin dəstəyinə arxalanacaq:  press-relizlər yayacaq, aralıq və yekun brifinqlər, mətbuat konfransları keçirəcək.

Artıq iki belə qrup formalaşdırılıb. Onlar yazıçı-publisist Rafiq Tağının qətlinin və “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının həbsinin təhqiqatı ilə məşğuldur. Dekabrın sonlarında ilk jurnalist araşdırmasının nəticələri ictimaiyyətə açıqlanacaq.

Previous Post

AYDIN CANIYEVİN HƏBSİ BARƏDƏ APELLYASİYA ŞİKAYƏTİ VERİLDİ

Next Post

BƏXTİYAR HACIYEVİN KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.