“BAKI SƏRNİŞİN NƏQLİYYATI”NIN ƏMƏKDAŞLARI JURNALİSTƏ TƏZYİQ ETDİLƏR

Bu gün (17 sentyabr) səhər saat 10:30 radələrində Nəqliyyat Nazirliyinin “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin “Elit” Ticarət Mərkəzinin yaxınlığında  yerləşən cərimə meydanında polis və adı çəkilən təşkilatın əməkdaşları tərəfindən “Ayna” və “Zerkalo” qəzetlərinin müxbiri, habelə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun  əməkdaşı İdrak Abbasova təzyiq edilib.

İdrak Abbasov RATİ-yə bildirdi ki, təxminən bir saat qanunsuz saxlanılıb. “Sentyabrın 15-dən, yəni yeni dərs ilinin başlanması ilə bağlı gündəlik planın artırılmasına etiraz olaraq, dünən 156 A saylı marşrut üzrə işləyən bir-neçə sürücüsü tətil təşəbbüsü ilə çıxış ediblər. Həmin sürücülərin idarə etdiyi avtobusların cərimə meydanına aparılması ilə bağlı araşdırma aparmaq üçün cərimə meydanında oldum. Saxlanılmış avtobusların şəkilini çəkən zaman polis çavuşu və Nəqliyyat Departamentinin 2 əməkdaşı mənə hücum etdi. Onlar fotoaparatımı, jurnalist vəsiqəmi, əl telefonumu məndən aldılar və əllərimi burub məni bir otağa apardılar” – deyən jurnalist vurğuladı ki, bütün bunlar sürücülərin gözləri qarşısında baş verib. İ.Abbasov onu da bildirdi ki, aparıldığı otaqda əvvəl ona qarşı psixoloji hücum edilib.  

“Məni icazəsiz çəkiliş aparmaqda ittiham edən “Bakı Sərnişin Nəqliyyatı” texniki nəzarət şöbəsinin müdiri Niyazi Rüstəmov haralarasa zəng edərək mənim “reket” jurnalist olub-olmadığımı araşdırdı və bu araşdırmadan sonra mənə qarşı münasibəti dəyişdi. Belə ki, mənə qarşı etdikləri kobudluğa görə həm özü, həm də məni saxlayan şəxslər məndən üzr istədilər” – deyən İ.Abbasov baş vermiş insidentlə bağlı hüquq-mühafizə orqanlarına da şikayət etməyəcəyini bildirdi: “Məndən sürücülərin yanında da üzür istədiklərinə və verdiyim sualları cavablandırdıqlarına görə şikayət etməyə lüzum görmürəm”.  

Previous Post

SABAH GƏNCLƏRİN VALİDEYNLƏRİNİN İDDİASINA ƏSASƏN QƏTNAMƏ ELAN OLUNACAQ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.