SABAH GƏNCLƏRİN VALİDEYNLƏRİNİN İDDİASINA ƏSASƏN QƏTNAMƏ ELAN OLUNACAQ

Bu gün (17 sentyabr ) Səbail rayon Məhkəməsində  hakim  Elnur  Həsənovun sədrliyi ilə Adnan Hacızadənin atası Hikmət Hacızadənin  və Emin Millinin (Abdullayev) atası Paşa Abdullayev, anası Natella Abdullayevanın şəxsi və ailə həyatına hörmət hüququnun pozulması  ilə bağlı Səbail rayon Polis İdarəsinin müstəntiqi Ziya Əliyevə qarşı qaldırdıqları iddia üzrə məhkəmə prosesi  keçirildi.

Prosesdə  iddiaçıların hər üçü iştirak etsələr də, cavabdeh tərəfdən heç kəs prosesə gəlməmişdi.

Hakim E.Həsənov valideynlərin Səbail rayon Polis İdarəsinə müraciət edib-etməməsi ilə bağlı göndərilən sorğunun cavabını H.Hacızadəyə təqdim etdi. H.Hacızadə isə sənədin  notariusda təsdiqlənmədiyini deyərək, onu əsassız hesab etdiyini bildirdi.
Daha sonra məhkəmədə H.Hacızadə və P.Abdullayevin çıxışları dinlənildi. Onlar iddialarının təmin olunmasını məhkəmədən xahiş etdilər.

Hakim E. Həsənov bildirdi ki, qətnamənin elan olunması üçün növbəti prosesi 18 sentyabr saat 14:30-a təyin etdi.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Bakı İstintaq Təcridxanasında saxlanılan gənclərə valideynləri ilə görüş verilməyib.

Previous Post

AZƏRBAYCANDAKI QALMAQALA GÖRƏ “EUROVİSİON”A YENİ QAYDALAR TƏTBİQ EDİLMƏSİNƏ QƏRAR VERİLİB

Next Post

“BAKI SƏRNİŞİN NƏQLİYYATI”NIN ƏMƏKDAŞLARI JURNALİSTƏ TƏZYİQ ETDİLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.