JURNALİST İBRAHİM BAYANDURLU VƏFAT EDİB

Bu gün (16 mart) tanınmış jurnalist İbrahim Bayandurlu vəfat edib. Bakı Kliniki Tibbi Mərkəzdən “Azadlıq” radiosuna bildiriblər ki, jurnalist dünən səhər 11:30 radələrində ağır vəziyyətdə xəstəxanaya gətirilib.

Xəstəni qəbul edən reanimotoloq Şöhrət Verdiyev deyib ki, İ. Bayandurlunun qida borusunun venaları partlayıb və güclü qanaxma nəticəsində bu gün səhər saat 05:00 radələrində vəfat edib.
O, qara ciyərin serrozu, qara ciyər qapı venasının genişlənməsi, Hepatit C, qida borusu venalarının 4-cü dərəcəli genişlənməsindən əziyyət çəkirdi.
”Zerkalo” qəzetinin şərhçisi olmuş İ.Bayandurlu Qarabağ müharibəsində də iştirak edib. 1992-ci ildə başından yaralanmışdı. Uzun müddət döyüşlərdə aldığı qəlpə yarasından əziyyət çəkirdi.
İ. Bayandurlu son zamanlar  “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının rus bölməsi ilə əməkdaşlıq edirdi. Onun “Azadlıq” radiosundakı son işi hazırda Londonda mühacirətdə yaşayan Rusiya oliqarxı  Boris Berezovski ilə müsahibəsi olub.
 “İ.Bayandurlu B.Berezovski ilə müsahibə götürməmişdən əvvəl bildirib ki, ona bu müsahibəni götürməməsi deylib. Ancaq Bayandurlu həmin adamın kimliyini açıqlamayıb” – deyə “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib.

Jurnalist Mustafa Hacıbəyli də RATİ-yə bildirib ki, İ.Bayandurlu bir müddət əvvəl yazılarına görə, xüsusilə də son B.Berezovski ilə müsahibəsinə görə müxtəlif etirazlar gəldiyini deyib.
Jurnalist bu gün Bakının Hövsan qəsəbəsindəki məzarlıqda dəfn olunub.

Allah rəhmət eləsin!
 
Previous Post

ABŞ KONQRESİNİN HELSİNKİ KOMİTƏSİ BLOGGERLƏRİN HƏBSDƏ SAXLANILMASINI PİSLƏYİB

Next Post

Jurnalist Ibrahim Bayandurlu vefat edib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.