JURNALİST İDRAK ABBASOV ƏMƏLİYYAT OLUNUB

Noyabrın 23-də “Ayna-Zerkalo” qəzetinin və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı İdrak Abbasov Bakıdakı özəl  klinikalarından birində böyrəkdən kistanın alınması üzrə əməliyyat olunub.

Bu, jurnalistin 2012-ci il aprel 18-də Sulutəpə qəsəbəsində SOCAR-ın təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən vəhşicəsinə döyülməsinin nəticəsidir.
Üzərində “Press” yazısı olan fərqləndirici jilet geyinmiş jurnalist SOCAR əməkdaşları və neft şirkəti tərəfindən onun torpaq sahələrini ələ keçirməkdə təqsirləndirilən yerli sakinlər arasında qarşıdurmanın videoçəkilişini həyata keçirirdi.
İdrakın qabırğaları sındırılıb, kəllə-beyin travması alıb, gözü və daxili orqanları zədələnib. Abbasov gözündən də əməliyyat olunmalıdır.
Jurnalistin amansıcasına döyülməsinə görə heç kim məsuliyyətə cəlb edilməyib. Əli Həsənovun simasında hakimiyyətin versiyası Abbasovun münaqişədə yerli sakinlərin tərəfində iştirak etməsi və SOCAR əməkdaşlarının onun jurnalist olduğunu bilməməsindən ibarətdir.
İki həftə əvvəl ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Bakıda keçirilən seminarda bu dəlilləri qəbul etməyərək, üzərində “Press” yazılmış fərqləndirici jiletlə döyülən Abbasovun şəkillərinin bütün dünyaya yayıldığını qeyd edib.

Previous Post

QUBA HADİSƏLƏRİ İLƏ BAĞLI HƏBS OLUNAN JURNALİSTLƏRİN MƏHKƏMƏSİ BAŞLANIR

Next Post

“ELEKTRON HÖKUMƏT” DƏN YAZAN JURNALİSTLƏR ÜÇÜN TƏLİM

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.