JURNALİST İDRAK ABBASOVUN AİLƏSİNİN EVİNƏ BASQIN EDİLİB

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasovun evi bu gün basqına məruz qalıb və qismən dağıdılıb. Bu barədə İdrak Abbasov bu gün (09 sentyabr) keçirdiyi mətbuat konfransında məlumat verib.

“ Hadisə saat 11-də Bakı yaxınlığında yerləşən Sulutəpə qəsəbəsində baş verib Qara geyimli bir qrup şəxs həyətə girərək valideynlərimi və digər ailə üzvlərimi döyməyə başladı. Eyni zamanda ekskavatorla hasarı sökməyə başlayıblar”,- deyə İdrak Abbasov bildirib.

Valideynlərdən başqa Abbasovun qardaşı, iki gəlinləri və onların uşaqları döyülüb.

“Atam ağır diabet xəstəsidir, o, komaya düşüb və 4 saylı klinik xəstəxanaya yerləşdirilib. Anam və qardaşım Şəhər Klinik Mərkəzinə (Semaşko) yerləşdiriliblər. Həkimlərin qeyri-ciddi münasibət göstərməsi ilə əlaqədar iki digər qardaş səs-küy qaldırıblar, buna görə xəstəxananın təhlükəsizlik xidmətinin təzyiqlərinə məruz qalmışıq. Mühafizəçilər onları saxlayıb və polis çağırıblar. Qardaşlarım Nəsimi rayonu 20 saylı polis bölməsinə göndəriliblər, anam və digər qardaşlarım isə reanimasiyaya yerləşdirilib. Hər ikisində baş-beyin zədəsi var”,- deyə İdrak Abbasov qeyd edib.

Onun sözlərinə görə, evə heç bir xəbərdarlıq olunmadan basqın edilib. Qonşulardan heç kimə toxunmayıblar. Basqınçılar yalnız evin qanunsuz tikildiyini deyirdilər. “Belədirsə, niyə 25 ildir bu ev yerində durur? Düzdür, bizim evin müvafiq sənədləri yoxdur. Bununla belə, ən azından xəbərdarlıq edə bilərdilər”, deyə İdrak Abbasov bildirib.

“Bilmirəm atam komadan çıxacaqmı, anam və qardaşım yaşayacaqmı. Polis qardaşlarıma bundan sonra nə edəcək? Doğrudur, polis qardaşlarımı məhkəmə tibbi ekspertizasına göndərib. Bu, mənə bir qədər rahatlıq verir, belə ki, qardaşlarımın təqsirli deyil, zərərçəkmiş olduqlarını təsdiq edə bilərlər”, deyə Abbasov qeyd edib.

O, həmçinin bildirib ki, onda olan məlumata görə basqınçılar “Binəqədi oyl kompani” adlı xüsusi qrupun üzvləridirlər.

“Vətəndaşların hüquqlarının qarantı olan ölkə prezidentinə müraciət edirəm, bu özbaşınalığa son qoyun. Mənim ölkəmdə məni heç kim müdafiə edə bilmirsə, kimə müraciət etməliyəm? Niyə dövlət öz vətəndaşlarının həyat və təhlükəsizliyinə zəmanət vermir?”, deyən Abbasov Binəqədi rayon 40-cı polis bölməsinə ərizə verdiyini qeyd edib.

Previous Post

JURNALİSTİN MƏHKƏMƏSİ QEYRİ-MÜƏYYƏN VAXTA TƏXİRƏ SALINDI

Next Post

ZƏRƏRÇƏKMİŞLƏR ZİDDİYYƏTLİ İFADƏ VERİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.