JURNALİSTİN MƏHKƏMƏSİ QEYRİ-MÜƏYYƏN VAXTA TƏXİRƏ SALINDI

Bu gün (9 sentyabr) Yasamal rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə jurnalist Natiq Güləhmədoğlunun (Ədilov) “Lider” televiziyası və “Afra otelə” qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) iddiaçının nümayəndəsi İntiqam Əliyev məlumat verib.

           İ.Əliyev RATİ-yə açıqlamasında bildirdi ki, hakim A. Rzayev adıçəkilən iş üzrə icraatın  dayandırılaraq işin  ekspertizaya göndərilməsi barədə qərar qəbul edərək, prosesi qeyri-müəyyən vaxta qədər təxirə saldığını elan edib.

            Xatırladaq ki, jurnalistlər 15 aprel 2011-ci il tarixində  Qan Turalı və  Natiq Ədilovun Oğuz rayonunda olan təlim zamanı yaşadıqları otel otağında gizli yerləşdirilmiş kamera vasitəsilə çəkilmiş videogörüntüləri “Lider” Televiziyasında yayımlanmışdı və Natiq Ədilov şəxsi həyatına hörmət hüququnun tanınması, cavabdehin üzərinə şikayətçidən üzr istənilməsi vəzifəsinin qoyulması, şəxsi həyatın toxunulmazlığı, şərəf və ləyaqətin müdafiəsinə dair iddiası ilə cavabdehlərin hər birindən onlara vurulan mənəvi ziyana görə 100 000 AZN təzminat ödənilməsi  barədə  tələblə Yasamal rayon Məhkəməsinə müraciət edib.

 

Previous Post

TƏCİLİ ELAN

Next Post

JURNALİST İDRAK ABBASOVUN AİLƏSİNİN EVİNƏ BASQIN EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.