JURNALİST İLHAM SÜLEYMANOV 6 AY MÜDDƏTİNƏ ŞƏRTİ AZADLIQDAN MƏHRUMETMƏ İLƏ CƏZALANDIRILIB

“Gündəm xəbər” qəzetinin bölgə müxbiri, jurnalist İlham Süleymanov Saatlı rayon Məhkəməsinin qərarı ilə avqustun 30-da 6 ay müddətinə şərti azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılıb.  Bu barədə RATİ-yə sentyabrın 24-də jurnalistin özü məlumat verib. İ.Süleymanov məhkəmə qərarından apelyasiya şikayəti vermək istəsə də,  Saatlı rayon məhkəməsi ona hökmün sürətini təqdim etmir.

Qeyd edək ki,  İ.Süleymanov Saatlı polisi tərəfindən rayon icra başçısı Siraqəddin Cabbarov haqqında yazdığı çoxsaylı tənqidi məqalələrdən sonra həbs edilib. DİN-in Mətbuat Xidmətinin rəsmi məlumatın gör isə 2012-ci il  iyunun 11-də Saatlı şəhər sakini İlham Süleymanov xuliqanlıq zəminində həmyerlisi Ehtiram Məmmədovu döyüb. Elə həmin gün Ehtiram Məmmədov bu barədə ərizə ilə Saatlı RPŞ-yə müraciət edib. İyunun 13-də Saatlı RPŞ-də İlham Süleymanov barəsində CM-in 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlayıb, rayon məhkəməsinin qərarı ilə onun haqqında həbs qətimkan tədbiri seçib”.
Previous Post

NƏQLİYYAT NAZİRİNİN OĞLU, IŞ ADAMI ANAR MƏMMƏDOV “GÜNDƏM XƏBƏR” QƏZETİNİ MƏHKƏMƏYƏ VERİB

Next Post

MÜSƏLMANLARIN MƏSUMİYYƏTİ FİLMİ İLƏ BAĞLI HACI İLQAR İBRAHİMOĞLU İLƏ MÜSAHİBƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.