NƏQLİYYAT NAZİRİNİN OĞLU, IŞ ADAMI ANAR MƏMMƏDOV “GÜNDƏM XƏBƏR” QƏZETİNİ MƏHKƏMƏYƏ VERİB

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, ZQAN holdinqin prezidenti  Anar Məmmədovun Gündəm xəbər qəzetini məhkəməyə verib. Bu barədə RATİ-yə qəzetin təsisçisi Şirin Cəfərli məlumat verib.

“Bu gün   Anar Məmmədov  “Gündəm Xəbər” qəzeti ilə bağlı məhkəməyə müraciət edib və  qəzetdən 30 min manat tələb edib.  Anar Məmmədov qəzetin 24 avqust 2012-ci il tarixli sayında dərc olunmuş  “Nazir oğlu ölkənin dəmiryol nəqliyyatını ələ keçirir” başlıqlı yazını iddiası üçün əsas götürüb. Məhkəmə iclası hakim Sərdar Mehrəliyevin sədrliyi ilə 05 oktyabr 2012-ci il tarixə Yasamal Rayon Məhkəməsinə təyin edilib”, – deyə qeyd edən Ş.Cəfərlinin sözlərinə görə, məhkəmənin iddia ərizəsi redaksiyaya ZQAN holdinqin firma blankı olan zərfdə gəlib.

Previous Post

NİGAR YAQUBLUNUN HƏBSİ SİYASİ XARAKTER DAŞIYIR

Next Post

JURNALİST İLHAM SÜLEYMANOV 6 AY MÜDDƏTİNƏ ŞƏRTİ AZADLIQDAN MƏHRUMETMƏ İLƏ CƏZALANDIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.